×
A
A
A
Sazlamalar

Əsas kapitala 8,2 faiz çox vəsait yönəldilib

Bakı, 13 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında əsas kapitala 13 milyard 53,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5 faiz artıb.
İstifadə olunmuş vəsaitin 7 milyard 161,1 milyon manatı və ya 54,9 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 69,1 milyon manatı (38,8 faizi) xidmət sahələrinə, 823,4 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Tikinti̇ 2022-12-13 12:46:00