×
A
A
A
Sazlamalar

Cari ildə Xətai rayonunda 9 küçə təmir olunub VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Xətai rayonunda ümumi uzunluğu 13 min 260 metr təşkil edən 9 küçədə təmir işləri icra olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə təmir işləri Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1250 metr), Cavanşir (1400 metr), Nazim Şükürov (980 metr), ümumi uzunluğu 5000 metr olan Elvin Şükürlü və Zeytunluq küçələrində, həmçinin Boru keçidinin döngələrində (1650 metr) aparılıb.
Sözügedən küçələrdən bəziləri deformasiyaya uğramış asfalt örtükdən, bəziləri isə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.
Aparılan əsaslı təmir işləri ilə bu problemlər aradan qaldırılıb, adıçəkilən ərazilərdə yeni və müasir yol infrastrukturu yaradılaraq istifadəyə verilib.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.

Tikinti̇ 2022-12-06 15:13:00

Video