Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 41,8 faizi sənaye sahəsinə sərf edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 41,8 faizi sənaye, 29,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,1 faizi tikinti sahələrinə ayrılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində sözügedən vəsaitin 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,6 faizi informasiya və rabitə, 1,2 faizi təhsil, 0,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,6 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,1 faizi istirahət, əyləncə və incəsənət sahələrinə sərf edilib.
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər