×
A
A
A
Sazlamalar

Qarabağda yol, körpü və tunel tikintilərindən bəhs edən konfrans keçirilib

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də “Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları” üzrə konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
AAYDA-nın, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə baş tutan konfransda “Tunellərdə və avtodayanacaqlarda havalandırma”, “Aşağıya doğru yamac boyunca mərhələli enmə üsulu ilə 55 metr uzunluğunda körpü aşırımının həyata keçirilməsi, Qarabağ üçün zəlzələyə davamlı bina modeli”, “Avtomobil və dəmiryolu körpülərində yastıq və inşaat tikiş birləşmələri”, “Geoarme divarlar və onların Qarabağın yenidən qurulmasında nümunələri, yol tikintisində innovativ məhsullar” mövzularında məruzələr edilib.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası istiqamətində aparılan genişmiqyaslı işlər, layihələr barədə konfrans iştirakçılarına məlumat verilib.
Konfransda, həmçinin Qarabağda çəkilən yollardan, tunellərdən və körpülərdən bəhs edən videoçarx nümayiş olunub.

Tikinti̇ 2022-11-17 18:43:00