×
A
A
A
Sazlamalar

“Qəhrəmanlıq elegiyası” klipin təqdimatı olub

Bakı, 17 noyabr, AZƏRTAC

Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Lalə Şirinin 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlara həsr olunmuş “Qəhrəmanlıq elegiyası” klipinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, klipin təqdimatı Sumqayıt Regional Mədəniyyət İdarəsinin və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid anası Ceyran Həsənova açıb. O, qonaqlara təqdimatın mahiyyəti haqqında ətraflı məlumat verib.
Sonra klip nümayiş olunub. Tədbir iştirakçıları ekran əsərini göz yaşları və alqışlarla qarşılayıblar.
Tədbirin musiqili qonaqları olan Şəhid və qazi övladlarından ibarət “Əmanət” xor kollektivi, həmçinin Nizami Quliyev və Polad Quliyevin vətənpərvər ruhlu ifaları təqdimata xüsusi gözəllik qatıb.
Qeyd edək ki, klipin müəllifi Lalə Şirin, rejissor və montajçısı Teymur Bayramovdur.

Musiqi 2022-11-17 14:33:00