Azərbaycan şirkəti Bosniya və Herseqovinanın ən böyük körpüsünü inşa edir
Sarayevo, 15 noyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın ən böyük körpüsü Azərbaycanın “AzVirt” şirkəti tərəfindən inşa olunur.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanı Avropaya birləşdirən 5C avtomobil yolu layihəsi çərçivəsində inşa edilən Poçitel körpüsü bir kilometr uzunluğunda və təxminən 100 metr hündürlüyündə olacaq.
Bir neçə ay əvvəl körpünün S3-S4 dayaqları arasındakı, ötən günlərdə isə S2-S3 dayaqları arasındakı aşırımlar birləşdirilib.
Prenj tuneli ilə birgə avtomobil yolu layihəsinin ən çətin hissələrindən birini təşkil edən körpünün yaxın vaxtlarda tamamlanması planlaşdırılır.
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib