×
A
A
A
Sazlamalar

Fikrət Əmiovun anadan olmasının 100 illiyi Ankarada qeyd olunacaq

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 21-də Ankaranın “Bilkənd” konsert salonunda görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xeyrəddin Qoca (violonçel), Albena Sezər (fleyta), Nazik Rəhmədova (skripka), Tofiq Şıxıyev (fortepiano), Hüseynəli Hüseynəliyevin (skripka) ifasında skripka və fortepiano üçün “Muğam-poema”, “12 miniatür”, “Ballada”, fleyta və fortepiano üçün altı pyes, “1001 gecə” baletindən fraqmentlər, həmçinin bəstəkar Rüzqar Əhmədzadənin violonçel və fortepiano üçün Fikrət Əmirova həsr etdiyi üç pyes səslənəcək.

 

Musiqi 2022-11-14 13:01:00