×
A
A
A
Sazlamalar

Zəfər Gününə yeni töhfə - “Salam ay Şuşa”

Bakı, 10 noyabr, AZƏRTAC

8 Noyabr -Zəfər Günü tariximizin ən böyük qalibiyyət səhifələrindəndir. Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün həm də Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir.
Mədəniyyətimizin, ruhumuzun paytaxtı olan Şuşanın 28 ildən sonra öz sahibinə qovuşmasını xalqımız böyük sevinc və iftixar hissi ilə qarşıladı. Bu münasibətə çoxlu sayda mahnılar bəstələndi, şeirlər yazıldı, kitablar işıq üzü gördü. Tarixi Qələbəmizdən iki il ötməsinə baxmayaraq bu gün də Zəfər dolu, yurd-torpaq sevdalı, Şuşa sevincli əsərlər yaranmaqdadır. Bu günlərdə təqdim olunan “Salam ay Şuşa” mahnısı da bu qəbildəndir.
Emil Qədirovun ifa etdiyi mahnının musiqisi Stalik Xankişiyevə, sözləri Tərlan Zülalova məxsusdur.

Mahnını bu linkdən dinləmək mümkündür.

 

Musiqi 2022-11-10 12:10:00