Cari ildə Yasamal rayonu üzrə 6,05 kilometr küçə təmir edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq paytaxtın Yasamal rayonunda ümumi uzunluğu 6,05 kilometr olan beş küçədə təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə II Alatavanın 2 kilometr uzunluğa malik daxili yolları, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan 1630 metrlik hissəsi, 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov, uzunluğu 1000 metr təşkil edən Zivərbəy Əhmədbəyov və 560 metr uzunluğa malik Seyfəddin Dağlı küçələrinin təmiri yekunlaşıb. Sözügedən ərazilərdə yeni və müasir yol infrastrukturu yaradılıb.
Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə təmir işləri aparılıb.
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib