Həftə ərzində yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən respublika ərazisində oktyabrın 24-dən 28-dək yol infrastrukturu sahəsində həyata keçirilən təmir və yenidənqurma işləri ilə bağlı məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə Badamdar qəsəbəsində iki küçənin təmiri işləri artıq yekunlaşmaq üzrədir, Zığ qəsəbəsində isə məhəllədaxili yollarda təmir işləri aparılır.
Həmçinin Qax rayonunun Qaxbaş kəndinin mərkəzi küçəsinin əsaslı şəkildə yenidən qurulması davam edir, Xətai rayonunda iki küçə təmir olunur, Zığ-Hövsan yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşır.
Eyni zamanda, Zığ qəsəbəsinin məhəllədaxili yollarının təmiri işləri yekunlaşmaq üzrədir, Qəbələ rayonunda isə 10 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub.
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 59,5 faizi sənaye və tikinti sahələrinə sərf olunub