×
A
A
A
Sazlamalar

Beynəlxalq Muğam Mərkəzində “Mahur-hindi” muğamı təqdim olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin oktyabr konsertində “Mahur-hindi” muğamı təqdim olunub.
Konsertdə BMM-nin solistləri Əməkdar artist Səbuhi İbayev və Muğam Televiziya Müsabiqəsinin qalibi Könül Xəlilzadə çıxış ediblər. Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Çinarə Heydərova, kamançada Əməkdar artist Toğrul Əsədullayev, nağarada Soltan Əliyev, udda Vasif Yusifli və balabanda Rafael Əsgərov müşayiət ediblər.
Qeyd edək ki, 2017-ci ildən həyata keçirilən layihənin beynəlxalq mediada işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri İctimai Radio ilə dinləyicilərə təqdim olunur.
Layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

 

 

Musiqi 2022-10-18 12:48:00