×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 18,7 faizi tikintiyə sərf olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Cari ilin oktyabrın 1-dək əsas kapitala yönəldilmiş ümumi vəsaitin 44,3 faizi sənaye, 26,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,7 faizi tikinti sahəsinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən vəsaitin 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi dövlət idarəetməsi və müdafiə, 1,1 faizi təhsil, 0,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi və digər sahələrə sərf edilib.

Tikinti̇ 2022-10-18 11:18:00