×
A
A
A
Sazlamalar

Doqquz ayda 1,2 milyard manatlıq metal məmulatları istehsal edilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində cari ilin yanvar-sentyabr aylarında 1 milyard 129,6 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 34,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 7,5 faiz artım müşahidə edilib.
Həmçinin polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 56,3 faiz, polad tökmə istehsalı 34,3 faiz artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 28 min 640,9 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

Tikinti̇ 2022-10-18 11:05:00