×
A
A
A
Sazlamalar

Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin təmirinə başlanıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Vətəndaşların gediş-gəlişini təmin etmək məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin təmirinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən Göyüş Qarayev küçəsinin uzunluğu 290 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçənin köhnə örtüyünün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.
Qeyd olunub ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə uzunluğu 9 kilometrədək təşkil edən küçədə təmir işləri aparılıb.

Tikinti̇ 2022-09-29 17:54:00