×
A
A
A
Sazlamalar

Xarici müəssisələr əsas kapitala 2,2 milyard manat vəsait yönəldiblər

Bakı, 16 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 273,7 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 136 milyon manatı (93,9 faizi) Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Tikinti̇ 2022-09-16 17:26:00