×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesində 1 milyard manatdan çox məhsul istehsal edilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar-avqust aylarında 1 milyard 32,4 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə hazır metal məmulatlarının istehsalı sahəsində 35,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 9,9 faiz artım müşahidə edilib. Həmçinin polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 67,7 faiz, polad tökmə istehsalı 40 faiz artıb.
Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 25 min 186,1 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

 

Tikinti̇ 2022-09-16 11:01:00