Nərimanov rayonunda daha bir küçənin təmiri yekunlaşıb VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin təmiri işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1830 metr təşkil edən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Məlumata əsasən, ortalama eni 17,5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kvadratmetr sahədə bərpa olunub, 4582 poqonometr yeni səki daşları düzülüb. Küçəboyu 32 yeni yağış barmaqlıqları quraşdırılıb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə isə 33 min 222 kvadratmetr ərazidə təmir işləri aparılıb.
Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib.
Qeyd olunub ki, aparılan təmir işləri çərçivəsində hərəkətin təşkilində müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub. Belə ki, layihəyə əsasən, Müzəffər Nərimanov küçəsinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yerləşən dairə ləğv edilib. Yaxın müddət ərzində sözügedən hissədə aidiyyəti qurumlar tərəfindən hazırlanan layihə əsasında işıqforların quraşdırılması planlaşdırılır.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.
İnşaat sektorunda yeni texnologiyaların tətbiqi günün reallığıdır - Açıqlama
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO
AAYDA son həftə ərzində gördüyü işləri açıqlayıb
Tikinti sektoru üzrə sahibkarlığa effektiv dəstək dövlət siyasətidir - Açıqlama
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır