×
A
A
A
Sazlamalar

“Maykl Şifel” kvartetinin çıxışı özünəməxus ab-hava vəd edir

Bakı, 9 sentyabr, AZƏRTAC

XVII Bakı Beynəlxalq Caz Festivalının başlanmasına bir neçə gün qalır. Builki festivala məşhur caz ustaları dəvət olunub. Onların sırasında “Maykl Şifel” kvarteti də var. Qrupun çıxışı özünəməxus ab-hava vəd edir.
AZƏRTAC xəbər verir ki, Maykl Şifel (vokal) səhnə yoldaşları Kaan Bıyıkoğlu (piano), Apostolos Sideris (bas), Ekin Çengizkan (zərb) ilə sentyabrın 28-də “Enerji Club”da çıxış edəcək.
Bu günədək Mayklın 4 albomu işıq üzü görüb. Onun “Invisible Loop” (1997) adlı ilk işi onilliyin ən uğurlu albomları sırasına daxil edilib. “I Don’t Belong” adlı ikinci albomu isə daha çox tənqidçilərin rəğbətini qazanıb. İfaçının son iki albomu - “Don’t Touch My Animals” (2006) və “My Home Is My Tent” (2010) böyük şəhərlərdəki sevgidən və qitələrarası səyahətdən bəhs edir.

Musiqi 2022-09-09 15:39:00