×
A
A
A
Sazlamalar

Tofiq Cabbarovun “BAKUBA” Qrupu Bakı Beynəlxalq Caz Festivalında

Bakı, 7 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sentyabrın 25-də “Madrid Restobar”da tanınmış perkussiya ifaçısı Tofiq Cabbarovun “BAKUBA” qrupu çıxış edəcək.
Tofiq Cabbarovun sözlərinə görə, karyerasına “Qaya” Dövlət Orkestrində zərb alətləri ifaçısı kimi başlayıb. 1986-cı ildə Rafiq Babayevin qrupuna daxil olub. 30-dan çox ölkədə qastrol səfərində olub və bir çox beynəlxalq caz festivallarında iştirak edib. 2013-cü ildə “Peninsula” adlı ilk solo albomunu buraxıb.

 

 

Musiqi 2022-09-07 15:23:00