Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşəcək
Bakı, 15 avqust, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev avqustun 19-da Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493-34-67, (+994 12) 595-13-50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb