×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesində istehsal olunan məhsulun dəyəri 922,4 milyon manatdır

Bakı, 12 avqust, AZƏRTAC

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar-iyul aylarında 922,4 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 32,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 17,2 faiz artım müşahidə edilib.
Bu ilin yanvar-iyul aylarında polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 78,5 faiz, polad tökmə istehsalı 49,7 faiz artıb.
Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 2 milyon 62,3 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

Tikinti̇ 2022-08-12 14:49:00