×
A
A
A
Sazlamalar

Bakıda "Kino" qrupunun ən populyar mahnıları səslənəcək

Bakı, 11 avqust, AZƏRTAC

Sentyabrın 17-də “Albion” konsert zalında "Kino" qrupunun yaradıcısı Viktor Tsoyun yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, proqramda "Kino" qrupunun ən populyar mahnılarının kaver-versiyaları səsləndiriləcək.
Konsertdə rok həvəskarları “Okean Elzi”, “DDT”, “Bi-2”, “Mashina Vremeni”, “Splin”, “Nautilus Pompilius” və digər tanınmış rok qrupların mahnılarının kaver-versiyalarını eşitmək imkanı əldə edəcək.

Musiqi 2022-08-11 14:22:00