×
A
A
A
Sazlamalar

Stinq İspaniyadakı konsertində pərəstişkarlarını ötən əsrin 70-80-ci illərinə qaytarıb

Bakı, 4 avqust, AZƏRTAC
Britaniyalı musiqiçi Stinq bu gün İspaniyanın Mursiya şəhərində 15 min tamaşaçı qarşısında solo karyerasının ən uğurlu illərinə qayıdaraq vaxtilə üzvü olduğu “The Police” qrupunun repertuarından mahnılar səsləndirib.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, ifaçı konsertini “The Police” qrupunun “Message in a bottle” mahnısı ilə başlayıb. Sonra qrupun ən populyar - “Every little thing she does is magic”, “Walking on the moon”, “So Lonely”, “King of pain”, “Every breath you take”, və “Roxanne” mahnılarını ifa etməklə pərəstişkarlarını ötən əsrin 70-80-ci illərinə qaytarıb.

Musiqi 2022-08-04 17:23:00