×
A
A
A
Sazlamalar

Xalq artisti Əzizə Mustafazadə Bakıda konsert verəcək

Bakı, 18 iyul, AZƏRTAC

Oktyabrın 30-da Bakı Konqres Mərkəzində tanınmış caz ifaçısı, Xalq artisti Əzizə Mustafazadənin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, COVID-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmayacaq və alınmış biletlər də geri qaytarılmayacaq.
Qeyd edək ki, “Fast Track” xidmətini əldə edən qonaqlar Bakı Konqres Mərkəzinin ərazisinə B girişindən daha rahat və sürətli daxil ola biləcəklər.
Biletləri iticket.az saytından əldə etmək olar.

 

Musiqi 2022-07-18 14:00:00