×
A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsində 1 May küçəsi təmir olunur

Bakı, 7 iyul, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi üzrə 4.4 kilometr küçə və yolun təmiri nəzərdə tutulub. Bu istiqamətdə hazırda təmir işləri qəsəbənin 1 May küçəsinin Yeni Yaşayış məhəlləsi üzrə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1056 metr, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlər yaradır, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Daha sonra isə küçənin 5650 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Hazırda isə küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılır.
Cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,6 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur. Ümumilikdə isə agentlik tərəfindən 2021-ci ildə rayonda 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

Tikinti̇ 2022-07-07 17:18:00