×
A
A
A
Sazlamalar

Nərimanov rayonu ərazisində Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb

Bakı, 20 iyun, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “İnvestisiya Proqramı”na əsasən, Nərimanov rayonu ərazisində Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb. Küçənin uzunluğu 476 metr, eni ortalama 8.4 metr təşkil edir.
Məlumata əsasən, aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına zəruri yerlərdə yeni səki daşları düzülüb.
Küçə boyu 4 min kvadratmetrə yaxın əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Daha sonra küçəyə üfüqi nişanlanma xətləri çəkilib.
Nərimanov rayonu üzrə təmir işləri hazırda 640 metr uzunluğa malik Əbdüləzəl Dəmirçizadə küçəsində də aparılır. Belə ki, küçədə frezlənmə və səki daşlarının düzülməsi işləri görülür.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 kilometr təşkil edir.
Ümumilikdə isə agentlik tərəfindən 2021-ci ildə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10.4 kilometr olan küçələr təmir edilib.

 

Tikinti̇ 2022-06-20 17:07:00