×
A
A
A
Sazlamalar

Beş ayda 415,5 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 20 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 415,5 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində asfaltın istehsalı 2,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 57,4 faiz, betondan yığma tikinti konstruksiyaları istehsalı 44,7 faiz, tikinti gipsinin istehsalı 38,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 22,7 faiz, tikinti əhənginin istehsalı isə 10,2 faiz artıb.

Tikinti̇ 2022-06-20 12:37:00