×
A
A
A
Sazlamalar

Tikinti-quraşdırma işlərində istehsalçı qiymətləri artıb

Bakı, 24 may, AZƏRTAC

Cari ilin IV rübündə tikinti-quraşdırma işləri, o cümlədən yerüstü tikililər, yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2021-ci ilin IV rübü ilə müqayisədə 101,3 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində yerüstü tikililər üzrə, həmçinin yol və körpü tikintisi üzrə qiymət indeksi 101,3 faiz, o cümlədən yol tikintisi üzrə 101,4 faiz, körpü tikintisi üzrə isə 100,9 faiz olub.

Tikinti̇ 2022-05-24 18:31:00