×
A
A
A
Sazlamalar

M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir VİDEO

Bakı, 12 may, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində magistral avtomobil yollarının Bakı şəhərinə yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətinin təşkilidir.
Bu çərçivədə M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə - Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21,28 və 46-cı kilometrlik hissəsində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci kilometrlik hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci kilometrlik hissəsində keçidlər inşa edilir.
İnşası aparılan və eyni zamanda nəzərdə tutulan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

 

Tikinti̇ 2022-05-12 18:50:00

Video