×
A
A
A
Sazlamalar

Paytaxtın üç prospektində təmir işləri aparılıb

Bakı, 4 may, AZƏRTAC
Paytaxtın Heydər Əliyev, Azadlıq və Qara Qarayev prospektlərinin bir hissəsində təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb, yeni asfalt-beton örtüyü döşənib.
Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) 1750 kvadratmetr sahədə, Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsinin 4 min kvadratmetr sahəsində, həmçinin Qara Qarayev prospektinin (YAP təşkilatının inzibati binasının önü) 600 kvadratmetr sahəsində təmir işləri həyata keçirilib.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq aprelin 30-da və mayın 1-də qeyri-iş günlərində yerinə yetirilib.

Tikinti̇ 2022-05-04 18:51:00