×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edəcək

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq.
AZƏRTAC xəbər verir ki, konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək. Konsertmeyster Elxan Niftiyevdir.
Proqramda İ.S.Bax, A.Brukner, F.Şubert, A.Makor, J.C.Aiblinger, A.Şnitke, Y.Arkadelt, A.Konsolasion, A.Kaxidze, R.Sədirxanov, Q.Məmmədov, F.Bədəlbəylinin əsərləri səslənəcək.

Musiqi 2022-04-11 18:48:00