×
A
A
A
Sazlamalar

Con Batist “İlin albomu” nominasiyası üzrə “Qremmi” mükafatı alıb

Bakı, 4 aprel, AZƏRTAC

Amerikalı ifaçı Con Batist ən nüfuzlu kateqoriyalardan biri - "İlin albomu" üzrə "Qremmi" musiqi mükafatına layiq görülüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə mükafatlandırma mərasimində bildirilib. Mərasim CBS telekanalı vasitəsilə canlı yayımlanıb.
Batist “We Are” albomu ilə Qremmi qazanıb. O, həmçinin daha üç nominasiyada - “Amerika kökənli mahnının ən yaxşı ifası”, “Ən yaxşı soundtrek” və “Ən yaxşı klip” nominasiyalarında Qızıl qrammofon qazanıb.

 

 

 

Musiqi 2022-04-04 12:56:00