×
A
A
A
Sazlamalar

Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 31 mart, AZƏRTAC

Aprelin 2-si saat 09:00-dan, aprelin 3-ü saat 20:00-dək paytaxtın Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonunun Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Tikinti̇ 2022-03-31 19:18:00