×
A
A
A
Sazlamalar

Avropanın 150 radiosu “Sülhə şans ver” mahnısını eyni vaxtda yayımlayıb

Bakı, 4 mart, AZƏRTAC

Bu gün Avropanın 150 ictimai radiosu Con Lennonun “Sülhə şans ver” (Give Peace a Chance) mifik mahnısını eyni vaxtda yayımlayıb.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, mahnını yaymaqda məqsəd Ukraynadakı müharibəyə bir ümid mesajı verməkdir.
İspaniya Radio və Televiziya Korporasiyasının (RTVE) açıqlamasında bildirilib ki, RNE radioqovşaqları insanın qəlbində rəhm oyadan bu mahnını Ukrayna radiosu da daxil olmaqla, digər Avropa stansiyaları ilə eyni vaxtda yayımlayıb.

 

 

 

Musiqi 2022-03-04 13:18:00