×
A
A
A
Sazlamalar

Rusiyalı soprano “La Skala” teatrında çıxış etməyəcək

Bakı, 1 mart, AZƏRTAC

Rusiyalı soprano Anna Netrebko Milanın “La Skala” teatrında çıxış etməyəcəyini bildirib.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, səbəbini açıqlamayan rusiyalı soprano, Valeri Gergiyevin Ukraynaya görə səhnədən uzaqlaşdırılmasından sonra artıq heç bir izahata lüzum qalmadığını söyləyib.
Anna Netrebko sosial şəbəkələrdə İtaliyanın “La Repubblica” qəzetində səhhətindəki problemlərə görə “La Skala”ya getmir sözlərinin yer aldığı məqaləyə cavab verib. O, “Yaxşıyam, amma gəlmirəm” sözlərini çox uzatmadan yazıb.

Musiqi 2022-03-01 17:02:00