×
A
A
A
Sazlamalar

“Brainstorm” rok qrupu Rusiyadakı qastrol səfərini təxirə salıb

Bakı, 25 fevral, AZƏRTAC

Latviyanın “Brainstorm” rok qrupu Rusiyadakı qastrol səfərini qeyri-müəyyən müddətə təxirə salıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, qrup bu barədə özünün sosial şəbəkəsindəki hesablarında yazıb.
“Brainstorm”un Rusiya turunun, o cümlədən martın 2-də Sankt-Peterburqda və 4-də Moskvada keçiriləcək konsertlərin təxirə salındığını bildiririk. Təəssüf ki, şərait bizdən daha güclüdür”,- deyə məlumatda qeyd olunub.
Qrup üzvləri, həmçinin azarkeşləri yeni tarixlər bəlli olmayınca biletləri geri qaytarmamağa çağırıblar.
Xatırladaq ki, “Brainstorm” Moskva və Sankt-Peterburq şəhərlərilə yanaşı, Tula, Voronej, Rostov-na-Donu, Krasnodar, Ufa, Barnaul, Novosibirsk, Tomsk, Krasnoyarsk, Pskov, Velikiy Novqorod, Tver və Kalininqradda çıxış etməyi planlayırdı.

 

 

Musiqi 2022-02-25 17:31:00