×
A
A
A
Sazlamalar

“Karneqi Zalı” iki rusiyalı sənətçini konsertdə çıxışından məhrum edib

Bakı, 25 fevral, AZƏRTAC
Nyu-Yorkun “Karneqi Zalı” məşhur rus dirijoru Valeri Gergiyevin bu həftə “Vyana Filarmoniyası”nda konsert verməyəcəyini, onun yerinə kanadalı Yannik Nezet-Seqinin çıxış edəcəyini bildirib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, təşkilatçılar Gergiyevin Yannik Nezet-Seqin ilə əvəzlənməsinin səbəbini izah etməyib. Bundan əlavə, rusiyalı pianoçu Denis Matsuyevin bu gün keçiriləcək konsertdə iştirakının da ləğv edildiyi bildirilir.
Məlumatda vurğulanır ki, Denis Matsuyevin yerinə orkestrlə çıxış edəcək pianoçunun adı daha sonra açıqlanacaq.

Musiqi 2022-02-25 16:34:00