×
A
A
A
Sazlamalar

Sləş yeni gitarasını hazırlamaq üçün “Gibson”la bir araya gəlib

Bakı, 14 fevral, Məmməd Məmmədli, AZƏRTAC

Dünyanın ən böyük gitara istehsalçılarından olan “Gibson”, rokçu Sləşin “Myles Kennedy və Conspirators” qrupu ilə birgə buraxdığı dördüncü albomu xatırlamaq üçün məhdud sayda Les Paul gitarası buraxıb.
AZƏRTAC guitar.com saytına istinadla xəbər verir ki, “Slash Les Paul Standard Limited 4 Albom Edition” adlanan, şəffaf albalı rəngli gitara kolleksiyaçılar və rokçunun pərəstişkarlarını, sözün əsl mənasında, həyəcanlandıracaq.
Gitaranın gövdəsi qırmızı ağacdan, üst qatı ağcaqayından hazırlanıb. Gitaranın 50-ci illərin üslubunda olan sapı və Hindistan palisandrından bərkidilən pərdə hissəsi, eyni zamanda, Gibson Custom BurstBucker Alnico 2 pikapları kimi özəllikləri var.
Aləti əldə edənlərə həmçinin 8 ədəd mizrab, “Myles Kennedy və Conspirators” qrupunun imzalanmış posteri və üzərində Sləşin təsviri olan stiker hədiyyə olunacaq.
Qeyd edək ki, gitaralar çox məhdud sayda - cəmi 250 ədəd buraxılacaq. Alətin bəzədilmiş sərt qutu ilə birlikdə qiyməti 3,299 dollardır.

Musiqi 2022-02-14 18:01:00