×
A
A
A
Sazlamalar

“Qremmi” mükafatlarının təqdimetmə mərasiminin tarixi məlum olub

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 31-də Los-Ancelesdə (Kaliforniya) keçirilməsi nəzərdə tutulan “Qremmi” mükafatlarının təqdimetmə mərasimi aprelin 3-də Las-Veqasda (Nevada ştatı) keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıb.
Məlumatda bildirilib ki, tədbirin təxirə salınmasına baxmayaraq, səsyazma akademiyası və “CBS” telekanalı mərasimi tam formatda keçirmək istəyir. 64-cü “Qremmi” mükafatlarının tarixi artıq məlumdur. Mərasim aprelin 3-də Las-Veqasdakı “MGM Grand Garden”dən canlı yayımlanacaq.
Qeyd olunub ki, mərasimin aparıcısı 2021-ci ildə olduğu kimi, komediya ustası, aktyor və teleaparıcı Trevor Noah olacaq. “MGM”in arenası 17 min nəfəri qəbul edə biləcək.
Ümumilikdə nominasiyalar üzrə 85 mükafat təqdim olunacaq, o cümlədən iki yeni mükafat - etnik musiqi üzrə “Ən yaxşı musiqi ifası” və Latın Amerikası ifaçıları üçün “Ən yaxşı şəhər albomu”.

Musiqi 2022-01-19 17:23:00