×
A
A
A
Sazlamalar

Bryus Sprinqstin mahnılarına olan müəlliflik hüququnu “SONY” şirkətinə satıb

Bakı, 16 dekabr, AZƏRTAC

Amerikalı ifaçı Bryus Sprinqstin bütün mahnı kataloquna olan müəlliflik hüququnu “SONY” şirkətinə satıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, danışıqlar yaxın həftələrdə başa çatacaq. Onun məbləği yarım milyard dolları keçə bilər ki, bu da tarixdə ən bahalı musiqi müqaviləsi sayılır.

 

Musiqi 2021-12-16 11:33:00