×
A
A
A
Sazlamalar

Adel Britaniya hit-paradlarında birinci yerə yüksəlib

Bakı, 27 noyabr, AZƏRTAC

Britaniyalı müğənni Adelin “30” adlı albomu bir həftəyə Britaniya hit-paradlarında birinci yerə yüksəlib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Official Charts Company” məlumat yayıb.
Noyabrın 19-da işıq üzü görən disk 2021-ci ilin ən çox satılan albomuna çevrilib. 7 gün ərzində albomun 261 min nüsxəsi satılıb.

 

 

Musiqi 2021-11-27 12:41:00