×
A
A
A
Sazlamalar

“Coldplay” qrupun üzvü: Bu mahnını ifa etməklə “Pearl Jam” qrupuna hörmətimizi çatdırmaq istədik

Bakı, 27 oktyabr, AZƏRTAC

Bu günlərdə “Coldplay” qrupu, Sietl şəhərində verdiyi konsertdə “Pearl Jam” qrupuna məxsus “Nothingman” mahnısını ifa edib.
AZƏRTAC xəbər verir ki, “Coldplay” qrupun üzvü Kris Martin bunun səbəbini açıqlayıb: “Biz Sietl şəhərində bu mahnını ifa etməklə, hələ 90-cı illərdə, gənc yaşlarımızda ən çox sevdiyimiz qruplardan biri olan, Sietl şəhərində yaranmış “Pearl Jam” qrupuna hörmətimizi çatdırmaq istədik. Mahnını “Pearl Jam” kimi ifa etməsək də səsləndirdiyimiz kover, sadəcə, onlara olan məhəbbətimizin bir simvoludur”.
Qeyd edək ki, Kris Martin bu mahnının kover versiyasını 2018-ci ildə keçirilən “Global Citizen Live” festivalında “Pearl Jam” qrupun solisti Eddi Vedder ilə birgə ifa etmişdi.

Musiqi 2021-10-27 16:22:00