×
A
A
A
Sazlamalar

Beynəlxalq Bakı Caz Festivalı davam edir

Bakı, 14 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XVI Beynəlxalq Bakı Caz Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, konsertlər “Beer Hall and Music Club”da keçirilir.
Bu gün saat 19:00-da başlanacaq növbəti konsert proqramına yerli və əcnəbi musiqiçilər qatılacaq. Belə ki, “Beer Hall and Music Club”da Azərbaycandan Diana Hacıyeva və Əfqan Rəsul, Almaniyadan “Kristof Lauer trio”su çıxış edəcək.
Qeyd edək ki, sentyabrın 18-dək davam edəcək festival “Shahdag Night Club”da qala konsertlə başa çatacaq.

 

 

 

Musiqi 2021-09-14 12:14:00