×
A
A
A
Sazlamalar

“Deep Purple” qrupu yeni albom üzərində çalışır

Bakı, 7 sentyabr, AZƏRTAC

“Deep Purple” özünün 22-ci studiya albomunun mikrosaytını açıb. Güman edilir ki, qrupun növbəti albomu “Turning To Crime” adlanacaq.
AZƏRTAC guitar.com saytına istinadla xəbər verir ki, mikrosaytda oktyabrın 6-a təyin olunmuş geri sayım sayğacı və polis geyimində qrupun beş üzvünün şəkli yerləşdirilib.
Yeni studiya albomun adı bassist Rocer Qloverin fanatları ilə etdiyi kommentlərdən məlum olub. Onun yazdığına görə, qrup COVID-19 pandemiyasına baxmayaraq yeni albom üzərində çalışır.

Musiqi 2021-09-07 16:07:00