×
A
A
A
Sazlamalar

Məşhur ifaçı Terson Mur qastrol səfərinə Londondan başlayacaq

Bakı, 19 avqust, AZƏRTAC

Amerikalı musiqiçi Terson Mur ABŞ-a yola düşməzdən əvvəl sentyabr ayında başlayacağı qısa qastrol səfərinin tarixini açıqlayıb.
AZƏRTAC “guitar.com” saytına istinadla xəbər verir ki, ifaçının ilk konserti avqustun 29-da Londonda olacaq.
Səfərləri haqqında sosial şəbəkədə məlumat verən Terson Mur, “Sonic Youth” qrupunun zərbçisi Stiv Şellidən başqa onunla səhnəni bölüşəcək digər ifaçıların adlarını açıqlamayıb. İfaçı statusunda adətən konsertlərdə onu müşayiət edən yoldaşları haqqında məlumat verməyib.
Qeyd edək ki, Terson Murun növbəti konsertləri Nyu-York (12 sentyabr), Çikaqo (14-15 sentyabr), Saint Paul (17 sentyabr) və Milvauki (18 sentyabr) şəhərlərində keçiriləcək.

Musiqi 2021-08-19 19:39:00