×
A
A
A
Sazlamalar

Akademik, xalq və caz musiqisi ifaçıları arasında müsabiqə keçiriləcək

Bakı, 10 iyun, AZƏRTAC

Akademik, xalq və caz musiqisi ifaçılarının videoyazılar əsasında birinci beynəlxalq müsabiqəsi keçiriləcək. Beynəlxalq müsabiqə Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının (BMA) məktəb-studiyasının 40 illiyinə həsr olunur.
BMA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilatçısı, Təşkilat Komitəsinin və Münsiflər Heyətinin sədri, akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, müsabiqə layihəsinin müəllifi isə BMA-nın məktəb-studiyasının direktoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.
Qeyd edək ki, akademik, xalq və caz musiqisi ifaçılarının birinci beynəlxalq müsabiqəsi haqqında ətraflı məlumat BMA-nın saytında (www.musicacademy.edu.az) yerləşdirilib.

 

Musiqi 2020-06-10 12:16:00