×
A
A
A
Sazlamalar

Cari ildə 203,9 milyon manatlıq tikinti materialları istehsal edilib

Bakı, 22 may, AZƏRTAC

Yanvar-aprel aylarında tikinti materiallarının istehsalı azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 203,9 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz azalıb. Tikinti gipsinin istehsalı 2,9 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 9,9 faiz, tikinti kərpicinin istehsalı isə 6,8 faiz artıb.
Sement istehsalı 8,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 4,3 faiz, tikinti əhənginin istehsalı 24,6 faiz, asfalt istehsalı 41,3 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 69,3 faiz azalıb.

Tikinti̇ 2020-05-22 18:08:00