×
A
A
A
Sazlamalar

Avtomobil yollarının tikintisi və istismarı sahəsində çalışanlar təltif olunub

Bakı, 22 fevral, AZƏRTAC

Avtomobil yollarının tikintisi və istismarı sahəsində çalışanlar təltif edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, avtomobil yollarının tikintisi və istismarı sahəsində xidmətlərinə görə bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 16 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə iki nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.

Tikinti̇ 2020-02-22 16:56:00