×
A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər VİDEO

Bakı, 21 fevral, AZƏRTAC
22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə son illər respublikada yol-nəqliyyat sistemində, xüsusilə də avtomobil yolları ilə bağlı bir sıra irimiqyaslı layihələrdən, həyata keçirilən yenidənqurma işlərindən söz açılıb. Qeyd olunub ki, son 5 ildə ümumi uzunluğu 6 min kilometrdən çox olan avtomobil yolu, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir edilib. Təkcə 2019-cu ildə uzunluğu 1376 kilometr olan 54 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Cari ildə də bu istiqamətdə işlər davam etdiriləcək, kəndlərarası, qəsəbələrarası avtomobil yollarının, həmçinin qəsəbədaxili küçə və yolların təmir-tikintisi olmaqla, ümumilikdə 50-dən çox yol infrastrukturu layihəsinin reallaşdırılması nəzərdə tutulub.

Tikinti̇ 2020-02-21 15:45:00

Video