×
A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib

Bakı, 15 fevral, AZƏRTAC

Paytaxtın Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.

Tikinti̇ 2020-02-15 14:46:00